"Qarabağ"ın prezidentinə Şöhrət ordeni təqdim edildi

"Qarabağ" klubunun prezidenti, "Azərsun Holdinq" MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gözələ "Şöhrət" ordeni təqdim olunub. Sportline.az  xəbər verir ki, iş adamına ordeni Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib. Xatırladaq ki, 2016-cı ilin dekabr ayının 28-də prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, A. Gözəl "Şöhrət" ordeni ilə təltif edilib.
 

Banner