"Qarabağ"ın qapıçısı Taffarellə birlikdə
"Qarabağ"ın qapıçısı Vaqner da Silva əfsanəvi qapıçı - Klaudio Taffarellə qarşılaşıb. SportLine.az xəbər verir ki, braziliyalı futbolçu həmyerlisi ilə Sao-Paulo hava limanında üz-üzə gəlib.
Vaqner da Silva K.Taffarellə şəklini şəxsi "Instagram" hesabında paylaşıb.
