"Qarabağ"ın rəqibi 1 xalla kifayətləndi
UEFA Avropa Liqasının 5-ci turunda "Qarabağ"ı qəbul edəcək "Slovan" (Liberets) Çexiya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, Liberets təmsilçisi "Sparta" (Praqa) ilə qarşılaşıb. Matçda hesab açılmayıb.
Qeyd edək ki, "Slovan" 13 turdan sonra 14 xalla 9-cudur.