"Qarabağ"ın rəqibi Bakıda
UEFA Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq "Samtredia" bu gün Bakıya gəlib. SportLine.az xəbər verir ki, Gürcüstan çempionu bu gün “Azərsun Arena”da məşqə çıxacaq. Sabah isə komandanın Respublika stadionunda məşqi nəzərdə tutulub.
Xatırladaq ki, “Qarabağ” – “Samtredia” oyunu iyulun 11-i, saat 21.00-da başlanacaq.