"Qarabağ"ın rəqibi daha bir futbolçusunu itirdi
UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Çelsi" daha bir futbolçunun xidmətindən məhrum olub. SportLine.az xəbər verir ki, Temue Bakayoko zədə səbəbilə komandadan ayrı düşüb.
Məşq vaxtı ayağından xəsarət alan futbolçunun bir müddət yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Onun "Qarabağ"la görüşü buraxacağı ehtimal olunur.
Qeyd edək ki, bir neçə gün öncə zədələnən Mişi Batşuayi də Bakıya gəlməyə bilər.