"Qarabağ"ın rəqibi müflis oldu

Ukraynanın tanınmış klublarından biri – “Dnepr” tarixin yaddaşına qovuşmaq üzrədir. SportLine.az xəbər verir ki, klub prüzidenti İqor Kolomoyski borcları ödəmək niyyətində deyil. Bu isə, “Dnepr”in iflası anlamına gəlir. Məsələyə biganə qalmayan dnepropetrovsklılar yeni sərmayəçilər axtarışındadırlar. Ukrayna Premyer Liqasında komandanı “Çerkasskiy Dnepr” əvəzləyəcək. Xatırladaq ki, 2014-2015-ci il mövsümünün qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” Avroliqanın finalınadək irəliləmişdi.