"Qarabağ"ın rəqibi qalib gəlib lider oldu
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif" Moldova çempionatında növbəti matçına çıxıb. SportLine.az xəbər verir ki, Tiraspol təmsilçisi “Petrokub”la qarşılaşıb.
2:1 hesablı qələbəyə sevinən "Şerif" yarış cədvəlində liderliyə yüksəlib.
Xatırladaq ki, "Şerif" avqustun 1-də keçiriləcək oyunda "Qarabağ"ı qəbul edəcək.