"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubunda
"Qarabağ"dan ayrıldıqdan sonra Türkiyəyə yollanmış azərbaycanlı futbolçu Denis Adilov özünə yeni komanda tapıb.
Sportline.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Türkiyədə çıxış edəcək.
Söhbət “Konyagücü” klubundan gedir.
Bu klub aşağı liqada mübarizə aparır.
Adilov "Qarabağ"dan əvvəl "Quba" komandasında da oynayıb.