"Qarabağ"ın sabiq prezidenti vəfat edib
“Qarabağ” Futbol Klubunun təsisçilərindən biri, sabiq futbolçu və baş məşqçi Adil Nadirov bu gün 69 yaşında dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, A.Nadirov uzun illər həm də “Qarabağ”ın prezidenti vəzifəsində çalışıb. 1993-cü ilin iyul ayında Ağdamın işğalından sonra komandanın yaşaması üçün fədakarlıq göstərən şəxslərdən biri olub.
Allah rəhmət eləsin!