"Qarabağ"ın "Şelburn"la oyunlarının vaxtı açıqlandı
"Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi matçların vaxtı açıqlanıb.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
İyulun 23-də İrlandiyada keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Həmin qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, ötən gecə ÇL-in 1-ci təsnifat mərhələsinin cavab oyununda "Linfild"lə heç-heçə edən "Şelburn" (1:1, ilk görüş - 1:0) 2 oyunun nəticəsinə əsasən "Qarabağ"a rəqib olub.