"Qarabağ"ın yeni transferi göz yaşlarını saxlaya bilmədi
"Qarabağ"ın yeni transferi Yakub Rjezniçak "Legiya" ilə vidalaşıb.
SportLine.az Polşa klubunun saytına istinadən xəbər verir ki, 13 il şərəfini qoruduğu komandadan ayrılmaq müdafiəçi üçün heç də asan olmayıb.
Azarkeşlərə müraciətində göz yaşlarını saxlaya bilməyən Y.Rjezniçak yaxın günlərdə "Qarabağ"a qoşulacaq. Onun Ağdam təmsilçisi ilə iki illik müqaviləyə qol çəkəcəyi gözlənilir.