"Qarabağ"ın yeni transferləri Bakıda
“Qarabağ”ın yeni transferləri Yakub Rzejniçak və Vild-Donald Gerye artıq Bakıya gəlib. SportLine.az xəbər verir ki, futbolçular dünən gecə saatlarında ölkəyə çatıblar.
Klubun rəsmi feysbuk səhifəsi yeni transferlərin bir yerdə çəkdirdikləri şəkli paylaşıb. Hər iki oyunçunun Ağdam təmsilçisi ilə iki illik müqaviləyə qol çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Yakub Rzejniçak “Legiya”dan, Vild-Donald Gerye isə “Alanyaspor”dan transfer edilib.