"Qarabağ"la oyun öncəsi "Anderlext"də itki
Avropa Liqasının son turunda "Qarabağ"la qarşılaşacaq "Anderlext" hücumçusu Frank Açemponqun köməyindən məhrum olub. SportLine.az xəbər verir ki, futbolçu son məşqlərin birində zədələnib. 22 yaşlı forvardın hansı müddətə sıradan çıxdığı hələ bilinmir. Böyük ehtimalla, o, "Qarabağ"la görüşü buraxacaq.
Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçının start fiti 10 dekabr saat 00:05-də səslənəcək.