Qarnaço London klubuna transfer ola bilər

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço "Çelsi" klubundan təklif alıb.

Sportline.az "The İ Paper" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bu təklifi dəyərləndirəcək.

Qarnaçonun Mançester klubu ilə münasibətləri yaxşı vəziyyətdə deyil. Baş məşqçi Ruben Amorim onu əsas heyət oyunçusu hesab etmir.

Qeyd edək ki, Argentina millisinin üzvü ötən mövsüm meydana çıxdığı 58 matçda 11 qol 10 asistlə yadda qalıb.