Qarnaço "Mançester Yunayted"i tərk edə bilər
"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço İtaliyanın "Napoli" klubunun maraq dairəsinə düşüb.
Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, "Napoli"nin baş məşqçisi Antonio Konte 20 yaşlı futbolçunu komandasında görmək istəyir.
Qarnaço İtaliya A Seriyasında çıxış etməyə müsbət baxır.
Qeyd edək ki, "Napoli" bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
A.Qarnaço cari mövsüm çıxış etdiyi 36 oyunda 8 qol və 6 asistlə yadda qalıb.
Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.