Qatar qəzası Əliyar Ağayevin səfərini təxirə saldı

FIFA referisi Əliyar Ağayevin təyinat aldığı Yunanıstan Kubokunun "Olimpiakos" - AEK görüşü təxirə salınıb.

Sportline.az xəbər verir ki, buna səbəb Larissa şəhəri yaxınlığında baş vermiş qatar qəzasıdır.

Sərnişin və yük qatarlarının toqquşması nəticəsində 36 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

Bundan sonra federasiya bu həftə keçiriləcək görüşlərin təxirə salınmasına qərar verib.