Qattuzo Kyeza haqqında danışıb
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo "Liverpul"un cinah oyunçusu Federiko Kyezanın komandanın heyətinə daxil edilməməsinin səbəbini açıqlayıb.
Sportline.az xəbər verir ki, təcrübəli çalışdırıcının sözlərinə görə, futbolçu hələ də tam hazır vəziyyətdə deyil.
“Kyeza məsələsi çox sadədir. Mən oyunçularımla çox danışıram və bunu açıq şəkildə deyirəm – çox. Hər həftə Fede ilə danışıram və onun haqqında nə düşündüyümü bilir. Amma oyunçunun dediklərinə də hörmət etməliyəm. O, özünü 100 faiz hazır hiss etmir və belə olduqda da oynamaq istəmir. Bu, sadəcə həqiqətdir", deyə Qattuzo bildirib.