Qattuzodan futbolçusuna qarşı sərt addım

"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo komandanın vingeri İrvinq Losanonu məşqdən qovub.

Sportline.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, italiyalı mütəxəssis meksikalı futbolçunu hazırlığa kifayət qədər köklənmədiyi üçün məşqdən uzaqlaşdırıb.

"Napoli" iyunun 17-də İtaliya kubokunun finalında "Yuventus"la qarşılaşacaq.