"Qaziantep FK" rumıniyalı futbolçunu heyətinə qatıb
Türkiyə klublarından "Qaziantep FK" heyətini yarımmüdafiəçi ilə gücləndirib.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Super Liqa təmsilçisi "Rakov"da forma geyinən Dean Soreskunu rənglərinə bağlayıb.
26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Ötən mövsümün ilk dövrəsini Polşada, ikinci dövrəsini isə "Qaziantep"də keçirən Soresku ümumillikdə 41 oyunda 5 qol və 6 asistə imza atıb.
Qeyd edək ki, o, 19 dəfə Rumıniya milli komandasının formasını geyinib.