"Qəbələ" 3 yoxlama oyunu keçirəcək
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir. SportLine.az xəbər verir ki, iyulun 5-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.
Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında çalışan komanda iyulun 16-dək doğma arenada hazırlıq keçəcək. Ardınca Bakıya yollanacaq əvəzedicilər məşqlərini paytaxtda davam etdirəcək.
İyulun 23-nə qədər sürəcək hazırlıq prosesinin ikinci hissəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. “Qəbələ” ilk matçını ayın 17-də keçirəcək. Əyalət təmsilçisi Bakıda “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələcək. 3 gün sonra “qırmızı-qaralar” Sumqayıtda eyniadlı klubun əvəzediciləri ilə qarşılaşacaq. “Qəbələ”nin üçüncü matçı isə ayın 23-də baş tutacaq. Həmin yoxlama oyunundakı rəqibin adı hələ dəqiqləşməyib.