"Qəbələ" 42 pillə irəlilədi
UEFA Klubların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, Avropa Liqasında çıxış edən "Qəbələ" böyük irəliləyişə nail olub. 252-ci yerdə qərarlaşan "radarlar" ötən həftə ilə müqayisədə vəziyyətlərini 42 pillə yaxşılaşdırıblar. Bu, həm də reytinq siyahısında həfətnin ən böyük irəliləyişidir.