"Qəbələ" alman klubuna qarşı

Qış təlim-məşq toplanışını Antalyada davam etdirən “Qəbələ” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək. SportLine.az xəbər verir ki, "radarlar"ın rəqibi "III Bundesliqa" təmsilçisi "Osnabryuk" komandası olacaq.

“Gloria” məşq meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Banner