"Qəbələ" Avroliqada bu heyətlə mübarizə aparacaq
UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizəyə qoşulacaq "Qəbələ" iştirak ərizəsini ali futbol qurumuna təqdim edib. SportLine.az xəbər verir ki, Roman Qriqorçuk "Yaqelloniya" ilə oyun üçün 22 futbolçu sifariş verib:
Qapıçılar: 22. Dmitri Bezotosnı, 23. Aqil Məmmədov
Müdafiəçilər: 3. Vojislav Stankoviç, 5. Rasim Ramaldanov, 21. Deyv Bultuis, 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov
Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 7. Araz Abdullayev, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 14. Cavid Hüseynov, 16. Dion Malone, 19. Filip Ozobiç, 20. Xavi Ernandes Qonzales, 88. Tellur Mütəllimov
Hücumçular: 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 28. Stefan Jozef-Monroz, 45. Famoussa Kone
Xatırladaq ki, “Qəbələ” ilə “Yagelloniya” arasında ilk oyun iyulun 13-də, cavab matçı 20-də baş tutacaq. “Qırmızı-qaralar” ilk görüşü evdə keçirəcək.