"Qəbələ" daha bir futbolçu ilə yollarını ayırdı

"Qəbələ" futbol klubu daha bir futbolçu ilə yollarını ayırıb. SportLine.az xəbər verir ki, Vadim Abdullayev baş məşqçi Roman Qriqorçukun ümidlərini doğrultmadığı üçün komandadan göndərilib. 

Bununla, “Qəbələ”nin yay fasiləsində yollarını ayırdığı oyunçu sayı 9-a yüksəlib. Abdullayevə qədər Samir Zərgərov, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Luis Hilario Dodo, Ruslan Abışov, Pavel Paşayev və Andrey Popoviç yola salınmışdı.

Banner