"Qəbələ" Gürcüstan millisinin üzvünü transfer etdi
Yeni mövsümə hazırlıqları davam etdirən "Qəbələ" klubu daha bir futbolçunu heyətinə cəlb edib. SportLine.az xəbər verir ki, "radarlar" "İnter"dən ayrılan Nika Kvekveskiri ilə razılığa gəlib. Futbolçunun bu günlərdə müqaviləyə qol çəkəcəyi gözlənilir.
Qeyd edək ki, 24 yaşlı futbolçu Gürcüstan millisində də çıxış edir.