"Qəbələ" ilk qələbə arzusunda
Bu gün Avropa Liqasında son turun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Qəbələ" son matçına çıxacaq.
Roman Qriqorçukun komandası növbəti mərhələ imkanlarını itirsə də, "Krasnodar"la oyunda ilk qələbəsini qazanmaq niyyətindədir. "Radarlar" arzularını gerçəkləşdirə bilsələr, sonuncu pillədən yaxa qurtarmaq imkanı qazanacaqlar.
Qrupun digər matçında Dortmund "Borussiya"sı PAOK-u sınağa çəkəcək.
10 dekabr 2015
Avropa Liqası, 6-cı tur
22:00. "Qəbələ" - "Krasnodar"
Bakı, "8-ci km stadionu"
Baş hakim: İştvan Kovaç (Rumıniya)
22:00. "Borussiya Dortmund" - PAOK
Dortmund, "Siqnal İduna Park"
Baş hakim: Mattias Genştranius (Finlandiya)
1. | Krasnodar | 5 | 3 | 1 | 1 | 6:4 | 10 |
|
2. | Borussiya Dortmund | 5 | 3 | 1 | 1 | 10:4 | 10 |
|
3. | PAOK | 5 | 0 | 4 | 1 | 2:3 | 4 |
|
4. | Qəbələ | 5 | 0 | 2 | 3 | 2:9 | 2 |