"Qəbələ" Kiyev "Dinamo"suna uduzdu
Avstriya toplanışına davam edən "Qəbələ" bu gün növbəti yoxlama görüşünü keçirəcək. SportLine.az xəbər verir ki, rəqib Kiyevin "Dinamo" klubu olacaq.
Zalsburqda oynanılacaq görüşün start fiti Bakı vaxtı ilə 20:00-da səslənəcək.
Bu, “Qəbələ”nin Avstriyada 7-ci matçı olacaq. Təmsilçimiz buna qədər “Fulpmes” (Avstriya – 8:0) və “Qrodiq” (Avstriya – 7:0) üzərində böyük hesablı qələbə qazanıbsa, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və “Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.
04 iyul 2017
Yoxlama oyunu
"Qəbələ" - "Dinamo" (Kiyev) - 1:2
QOLLAR: Xliobas, 13 (0:1), 56 (0:2), Elvin Məmmədov, 85 (1:2)