"Qəbələ" "Maribor"u məğlub yola salır

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ" ilk oyununu doğma azarkeşlər önündə keçirəcək. Rəqib Sloveniyanın "Maribor" klubu olacaq.

Roman Qriqorçukun komandası uğurlu çıxışı davam etdirmək və öz meydanında qalib gəlmək barədə düşünür. Qonaqlar isə, ən azı, məğlub olmamaq niyyətindədir.

Saat 21:00-da start götürəcək qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.


18 avqust 2016
Avropa Liqası
İlk oyun

“Qəbələ” – “Maribor” (Sloveniya) - 3:1
QOLLAR:
Tavares, 17 (0:1): Zenyov, 37 (1:1); Baqali Dabo, 50 (2:1); Baqali Dabo, 52 (3:1)

Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko
Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)
Bakı. “Dalğa Arena” stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç,  7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 44. Rafael Santos (k)

Ehtiyat oyunçular: 33. David Pietrjkeviç, 4. Elvin Camalov, 8. Qismət Əliyev, 11. Asif Məmmədov, 13. Murad Musayev , 32. Rəşad Eyyubov, 34. Ürfan Abbasov

"Maribor": 33. Jasmin Handanoviç, 3. Yanza, 4. Şuler, 5. Vrhoveç, 6. Pihler, 9. Tavares, 11. Novakoviç, 22. Vrişiç, 35. Defendi, 39. Bohar, 44. Sme

Ehtiyat oyunçular: 69. Obradoviç, 7. Rahmanoviç, 8. Sallaliç, 14. Omoregie, 20. Bajde, 28. Viler, 70. Mertelj