"Qəbələ" - "Maynts" görüşünün hakimləri açıqlandı

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Maynts" görüşünün hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşma Litvadan olan hakimlər briqadasına tapşırılıb.

Matçda əsas söz sahibi Gediminas Mazeyka olacaq. Ona  Vyautas Şimkus və Vytenis Kazlauskas kömək edəcəklər. 4-cü hakim funksiyasını Vladimir Gerasimov yerinə yetirəcək. Görüşün əlavə köməkçi hakimləri Sergeyus Sliva və Yuri Paskovski olacaq.

Hakim-inspektor kimi Bakıya gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi kimi isə hollandiyalı Eugene Vesterink gələcək.

Qeyd edək ki, "Qəbələ" - "Maynts" qarşılaşması sentyabrın 29-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.