"Qəbələ" - "Maynts" matçının biletləri satışda
Avropa Liqasındakı təmsilçilərimizdən “Qəbələ” qrup mərhələsinin II turunda “Maynts”ı qəbul edəcək. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 29-da baş tutacaq matçın biletləri satışa çıxarılıb.
Biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və 8-ci km qəsəbə stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 və 5 manat, VİP sektorlar üçün isə 10 manatdı.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Maynts" oyunu saat 19:00-da başlayacaq.