"Qəbələ" - "Panatinaikos" görüşünün hakimləri açıqlandı

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçının hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, görüş İngiltərədən olan briqadaya həvalə edilib.

Qarşılaşmada əsas söz sahibi Kreyq Pauson olacaq. Ona həmyerliləri - Li Betts və Adam Nunn kömək edəcək. Dördüncü hakim funksiyasının isə Kevin Friend yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Panatinaikos" oyunu avqustun 3-ü saat 21:00-da başlanacaq. Bu komandalar arasında ilk matçda Afina təmsilçisinin 1:0 hesabı ilə qalib gəlib.