"Qəbələ" Polşaya yola düşdü

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Yaqelloniya"nın qonağı olacaq "Qəbələ" ötən gecə Polşaya yola düşüb. SportLine.az xəbər verir ki, Bakı-Kiyev-Varşava reysi ilə səfər edən "radarlar" matçın keçiriləcəyi Belostok şəhərinə avtobusla gedəcək.

Xatırladaq ki, bu komandaların ilk oyunu 1:1 hesabı ilə yekunlaşıb.

“Qəbələ”nin matça 4 gün qalmış Polşaya getməsi səbəbsiz deyil. Klubun vitse-prezidenti Fariz Nəcəfov bugünlərdə jurnalistlərə bildirib ki, “Qəbələ”nin büdcəsi hazırda elə də çox olmadığından Polşaya çarter reysi ilə gedə bilmirlər. Buna görə də matça lazımi səviyyədə köklənmək üçün adi reyslə 4 gün əvvəldən yola düşəcəklər.