"Qəbələ" - "Qarabağ" matçının hakimləri açıqlandı
Topaz Premyer Liqasında 26-cı turun hakim təyinatları açıqlanıb.
SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, turun mərkəzi oyunu - "Qəbələ" - "Qarabağ" matçını Əloyar Ağayev idarə edəcək.
Ümumilikdə, 26-cı turun oyunları aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:
18 mart (cümə)
“Rəvan” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Ziya Nəsirov
19 mart (şənbə)
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
“Neftçi” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Fariz Yusifov
20 mart (bazar)
“Xəzər Lənkəran” – “İnter”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Mahir Məmmədov
“Zirə” – AZAL
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Orxan Məmmədov