"Qəbələ" şotlandiyalı futbolçunu heyətinə cəlb edir

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirməyə yaxındır. SportLine.az xəbər verir ki, "radarlar" “Reyncers”in yarımmüdafiəçisi Endi Hollideyin xidmətində maraqlıdır.

Thescottishsun.co.uk saytının məlumatına görə, "qırmızı-qaralar" 26 yaşlı futbolçunu icarəyə götürmək barədə düşünür. E.Hollidey bu gün Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ"nin düşərgəsinə qoşulacaq. Tərəflər razılığa gəlsə, Azərbaycan təmsilçisi şotlandiyalını bir il müddətinə icarəyə götürəcək.

Qeyd edək ki, karyerası ərzində “Livinqston”, “Midlsbro”, “Uolsoll”, “Blekpul”, “Bredford” kimi klubların formasını geyinmiş Endi Hollidey 2015-ci ildən “Reyncers”də çıxış edir.