"Qəbələ" "Utrextə" qarşı bu heyətlə mübarizə aparacaq
"Qəbələ" Avstriya toplanışı çərçivəsində bir qədər sonra sonuncu oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Hollandiyanın "Utrext" kollektivi olacaq.
"Radarlar"ın Facebook səhifəsi oyundan öncə komandanın start heyətini açıqlayıb:
Dmitri Bezotosnı, Qismət Alıyev, Rasim Ramaldanov, Vojislav Stankoviç, Ürfan Abbasov, Endi Hallidey, Elvin Camalov, Xavi Ernandes, Filip Ozobiç, Cavid Hüseynov, Kone.
Qeyd edək ki, matçın start fiti Bakı vaxtı ilə 18:00-da səslənəcək.