"Qəbələ" və "İnter"in oyunu canlı yayımla təqdim olunacaq

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "İnter" - "Fola" və "Qəbələ" - "Yaqelloniya" matçıları canlı yayımla təqdim olunacaq. SportLine.az xəbər verir ki, futbolsevərlər bu görüşləri "CBC Sport" və "İdman Azərbaycan" telekanalı vasitəsilə izləyə biləcəklər.

12 iyul 2017

20:00. "İnter" - "Fola" (Lüksemburq)

CBC Sport

13 iyul 2017

21:00. "Qəbələ" - "Yaqelloniya" (Polşa)

İdman Azərbaycan