"Qəbələ" - "Yaqelloniya" dueli almanlara həvalə olundu

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Yaqelloniya" matçının hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Almaniyadan olan briqadaya tapşırılıb.

Oyunda əsas söz sahibi Marko Fritz olacaq. Ona Holqer Henşel və Marsel Pelqrim kömək edəcək. Quido Vinkmann isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 13-də Bakıda 8-ci kilomtr qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.