"Qəbələ" - "Yaqelloniya" matçında anşlaq gözlənilir?
Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ"-"Yaqelloniya" matçına bilet satışı davam edir. Sportline.az xəbər verir ki, bu dəqiqələrə olan məlumata görə, 5000-dən artıq bilet sahibini tapıb. Xatırladaq ki, oyunun keçiriləcəyi 8-ci km stadionu 11000 azarkeş tutumuna malikdir. Görüş saat 21-00-da başlanacaq.