"Qəbələ" bərabərliklə kifayətləndi
Bu gün "Qəbələ" yeni mövsümdə ilk oyununa çıxacaq. SportLine.az xəbər verir ki, "radarlar" UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Yaqelloniya" klubunu qəbul edəcək.
Ardıcıl iki mövsümdə qrup mərhələsinədək irəliləyən Roman Qriqorçukun komandası, bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədir. İlk təsnifat mərhələsində Batumi "Dinamo"sunu inamla keçən Polşa klubu da meydana ağ bayraq qaldırmağa çıxmayacaq.
Gərgin mübarizə vəd edən qarşılaşmanın start fiti 21:00-da səslənəcək.
13 iyul 2017
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
“Qəbələ” (Azərbaycan) – “Yagelloniya” (Polşa) - 1:1
QOLLAR: Taras Romançuk, 15 (0:1); Monroz, 47 (1:1)
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim
Dördüncü hakim: Quido Vinkmann (hamısı Almaniya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
8-ci km qəsəbə stadionu