"Qəbələ" yeni sponsorla anlaşdı

“Qəbələ” klubu yeni əməkdaşlıq müqaviləsi imzalayıb.

Sportline.az xəbər verir ki, bölgə təmsilçisi “West Hospital” klinikası ilə əməkdaşlığa başlayıb. Bu gün "West Shine Hotel"də baş tutan təqdimat mərasimi baş tutub.

Anlaşma ilyarımlıq müddətə - 2022/23 mövsümünün sonunadək nəzərdə tutulub. 
Anlaşmaya əsasən, “West Hospital”ın loqosu “Qəbələ”nin əsas komandasının formasının qolunda, klubun stadionunda və mətbuat konfransı zalında yer alacaq.

"West Hospital" "Qəbələ" İdman Klubunun tərəfdaşı olacaq və tibbi dəstək göstərəcək.