"Qəbələ"nin Almaniya səfərində ədaləti uelslilər qoruyacaq

Avropa Liqasının qrup mərhələsinin son turundakı "Maynts" - "Qəbələ" oyununun hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, Almaniyada keçiriləcək görüşdə ədaləti  Simon Lee Evansın başçılığı ilə  Uels Futbol Federasiyasının hakimlər briqadası qoruyacaq. Köməkçi hakimlər Qaret Vun Yones və Leviss Ross Eduards olacaq. Dördüncü hakim funksiyasını Daniel Bekett yerinə yetirəcək. "Maynts" - "Qəbələ" görüşü dekabrın 8-i Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Banner