"Qəbələ"nin futbolçusu milliyə çağrıldı
Estoniya millisinin DÇ-2018-in təsnifat mərhələsinin növbəti oyunları üçün heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, heyətə "Qəbələ"nin üzvü Sergey Zenyovun adı da daxil edilib. Futbolçu Cəbəllütariq və Yunanıstanla görüşlərdə komandasına kömək edə bilər.
Qeyd edək ki, Estoniya seçməsi oktyabrın 7-də Cəbəllütariq, 10-da Yunanıstanla qarşılaşacaq.