"Qəbələ"nin ilk oyununda heç-heçə
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" futbol klubu ilk yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri "III Bundesliqa" təmsilçisi "Osnabryuk"la qarşılaşıblar. Görüş 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.
16 yanvar 2016
Yoxlama oyunu
“Qəbələ” – “Osnabryuk” (Almaniya) - 1:1
Qollar: Ermin Zets, 57 (1:0), David Pisot, 83 (1:1)