"Qəbələ"nin növbəti rəqibi Hollandiya klubu olacaq
Avstriya toplanışına davam edən "Qəbələ"nin daha bir rəqibi müəyyənləşib. SportLine.az xəbər verir ki, "radarlar" yoxlama görüşü çərçivəsində Hollandiyanın "Utrext" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Roman Qriqorçukun komandası hazırlıqların ikinci mərhələsində Avstriyanın “Qrodiq” komandasına 7:0 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşma isə bu gün Kiyev “Dinamo”su ilə olacaq.