"Qəbələ"nin oyunu almanlara tapşırıldı

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin Bakıda keçirəcəyi oyununun hakimləri müəyyənləşib.

SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Yagelloniya” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq “qırmızı-qaralar”ın matçında baş hakim Almaniyadan Marko Fritz olacaq. Ona həmyerliləri Holger Hençel və Marsel Pelqrim kömək edəcək. Oyunun dördüncü hakimi funksiyasını Quido Vinkmann yerinə yetirəcək.

Qeyd edək ki, görüş iyulun 13-ə planlaşdırılıb.