"Qəbələ"nin oyunu rumıniyalılara tapşırıldı
UEFA Avropa Liqasının son turunda keçiriləcək "Qəbələ" - "Krasnodar" matçının hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, görüş Rumıniyadan olan ədalət təmsilçilərinə həvalə olunub.
Baş hakim: İstvan Kovaks (Rumıniya)
Köməkçilər hakimlər: Miklos İstvan Nagi, Vasile Florin Marinesku (hər ikisi Rumıniya)
Əlavə köməkçi hakimlər: Pavel Kristian Balaj, Marius Avram (hər ikisi Rumıniya)
Dördüncü hakim: Mihai Ovidiu (Rumıniya)