"Qəbələ"nin oyunu türkiyəli hakimlərə tapşırıldı
UEFA Avropa Liqasının 3-cü turu çərçivəsində keçiriləcək "Sent-Etyen" - "Qəbələ" matçının hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, görüş Türkiyədən olan hakimlər briqadasına həvalə olunub.
Matçda Ali Palabıyık fit çalacaq. Ona həmyerliləri Cem Satman və Əkrəm Kan kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Ceyhun Sesigüzel yerinə yetirəcək.
Matçın əlavə köməkçi hakimləri Alper Ulusoy və Volkan Bayarslan olacaq. Hakimlərin işinə macarıstanlı hakim-inspektor Laslo Vaqner qiymət verəcək. UEFA nümayəndəsi kimi isə israilli Yakob Erel iş başında olacaq.
Qeyd edək ki, “Sent-Etyen” – “Qəbələ” oyunu oktyabrın 20-də baş tutacaq.