"Qəbələ" və "İnter"in rəqibləri bəlli oldu

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, Azərbaycan komandalarının iştirakı ilə keçirilən oyunlarla yanaşı, növbəti mərhələdəki potensial rəqiblərimizin görüşləri də maraqla gözlənilir.

"Qəbələ"nin II təsnifat mərhələsindəki rəqibi Polşada müəyyənləşəcək. “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) matçında meydan sahiblərinin şansları daha yüksək qiymətləndirilir.

"Milsami" - "Fola" duelində isə "İnter"in növbəti rəqibinin adına aydınlıq gələcək. Təbii ki, ilk növbədə, Bakı klubu üstünlüyü qorumalıdır.


06 iyul 2017
Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunları)

22:30. “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) - 4:0
İlk oyun - 1:0

“Milsami” (Moldova) - “Fola” (Lüksemburq) - 1:1
İlk oyun - 1:2

Növbəti mərhələdə "İnter" "Fola" ilə, "Qəbələ" "Yagelloniya" ilə qarşılaşacaq.