“Qəbələ”nin sabiq çalışdırıcısı üzr istədi

 “Qəbələ” klubunun sabiq çalışdırıcısı Yuri Syominin işləri qaydasında getmir. SportLine.az xəbər verir ki, təcrübəli mütəxəssis uğursuz oyunlar seriyasına görə “Lokomotiv” azarkeşlərindən üzr istəyib: “Nəticəyə cavabdeh adam kimi, komandanın hazırkı vəziyyətinə görə, azarkeşlərdən üzr istəyirəm. İntensiv fəaliyyətin yaxın vaxtlarda bəhrəsini verəcəyinə əminəm”. Xatırladaq ki, Syominin rəhbərliyi ilə  4 görüşə çıxan “Loko” “Spartak” (0-1), “Ufa” (0-1) və “Rostov”a (0-1) hesabı ilə uduzub. “Dəmiryolçular” 8 turdan sonra 7 xalla 13-cü yerdədirlər.