Qətər - Azərbaycan matçı yayımlanmayacaq

Qətər-Azərbaycan yoldaşlıq görüşü televiziya vasitəsi ilə canlı yayımlanmayacaq. Sportline.az xəbər verir ki, ərəblər DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərini nəzərə alaraq belə qərar gəliblər. Qətər millisinin baş məşqçisi bununla rəqiblərinə əlavə informasiya imkanı yaratmamaq istəyindədir. Xatırladaq ki, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq Qətər – Azərbaycan matçı Dohanın “Jassim bin Hamad”  stadionunda keçiriləcək.

 

Banner